Adil Şirin : - BU DÜNYADAN HALIYAM MƏN

Ədəbiyyat 11:28 / 21.09.2023 Baxış sayı: 1144

 

Sınamam bəxti, taleyi,

Qınamam çərxi-fələyi.

Röyamda durna lələyi-

Bu dünyadan halıyam mən.

 

Mən gedərəm dağlar qalar,

Sinələrdə dağlar qalar.

Gülum qara bağlar qalar,

Bu dünyadan halıyam mən.

 

Hanı dərviş, hanı karvan?

Mən bir tənha qərib sarvan.

Dünya yuxu kimi yalan,

Bu dünyadan halıyam mən.