"Abzas Media"ya görə daha bir jurnalist SAXLANILDI
Abzas Media"nın əməkdaşı, jurnalist Nərgiz Absalamova saxlanılıb.
Yenises.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bu gün saat 15:00-da Bakı şəhər Baş Polis İdarəsinə ifadə üçün çağırılan jurnalist idarədən Xətai rayon Polis İdarəsinə aparılıb. "Abzas işi"ndəki eyni qaçaqmalçılıq ittihamı ilə ona da cinayət işi açılıb.