"ABŞ və Rusiyanın heç bir qərarını qəbul etmirəm" - Zelenski

DÜNYA 11:55 / 17.02.2025 Baxış sayı: 2728

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsindəki vəziyyətlə bağlı ABŞ və Rusiya arasında qəbul edilən heç bir qərarı qəbul etməyəcəyini açıq şəkildə bəyan edib.

Yenises.az xəbər verir ki,  o, bu barədə “Meet the Press” verilişində deyib.

“Mən heç vaxt ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı qərarı qəbul etməyəcəm. Heç vaxt. Və xalqımız bunu qəbul etməyəcək”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, bu münaqişə birbaşa Ukraynaya aiddir.