83 il əvvəl batan gəmi Aralıq dənizində tapıldı

Maraqli 09:33 / 19.06.2024 Baxış sayı: 2814

 

“Müharibəni xatırla” ekspedisiyasının üzvləri 1941-ci il avqustun 22-də Aralıq dənizində batan “Pomorie” yük-sərnişin gəmisini aşkar ediblər.

Yenises.az xəbər verir ki, bu barədə MK.ru Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, iki hissəyə bölünən gəmi suyun 79,5 metr dərinliyində tapılıb. Tapılan qalıqların vəziyyəti gəminin mina partlaması nəticəsində məhv olduğu versiyasını təsdiqləyir.

Tədqiqatın sonunda əldə edilən bütün məlumatlar “Rusiya: dənizdən-dənizə” portalında dərc olunacaq.

Qeyd edək ki, 1941-ci ildə batan gəmidə 70 nəfər olub, onlardan yalnız 2-si sağ qalıb.