Elnur Uğur Abdiyeva : -Dünyası...

Ədəbiyyat 20:41 / 20.07.2025 Baxış sayı: 3730

Gecələr sükutun hay qıran səsi,

Heyrət dünyasıdır,heyrət dünyası.

Gündüz Günəş adlı o möcüzəsi,

Qüdrət dünyasıdır,qüdrət dünyası.

 

Yazan müəllif var, biz surət bil ki,

Rollar özümüzə uyğun gəlmir ki.

Bütün gördüyümüz əsli deyil ki,

Surət dünyasıdır,surət dünyası.

 

Ən ağır ayrılıq şirin vüsaldır,

Bal acı olsa da, batini baldır.

İnsan, ölüm ismi yeddinci haldır,

İbrət dünyasıdır,ibrət dünyası.

 

Üzün içdən gələn ülviyyəti də

Sözün ana kimi qüdsiyyəti də,

Elnurun Elnurla ünsiyyəti də,

Fitrət dünyasıdır,fitrət dünyası.