25 yaşlı  oğlanı avtomobil vurub

KRİMİNAL 09:30 / 08.12.2022 Baxış sayı: 1675

Bakının Xətai rayonunda 25 yaşlı gənc oğlanı avtomobil vurub.

Yenises.az-ın məlumatına görə, avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Məhərrəmov Tariel Vidadi oğlunu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.