Xatirə Rəhimbəyli : - Varımısan...

Ədəbiyyat 16:24 / 06.04.2025 Baxış sayı: 946

Belə vardan könül niyə incisin,

Sən gözümdə yuxu kimi varımsan .

Sən dünyanın varı kimi yoxumsan,

Sən dünyanın yoxu kimi varımsan.

 

Zaman keçdi,ömür axdı su kimi,

Son nəğməmdi ,oxuyuram qu kimi...

Sən dərdimin tapılmayan həkimi,

Çəkilməyən ahı kimi varımsan.

 

Bu ürəkdi yanıb-yanıb qovrulan,

Yanıb-sönüb külü göyə sovrulan.

Məhəbbətin gözlərini ovduran,

Zalımların şahı kimi varımsan...

 

Belə vardan könül niyə incisin....