Təranə Məmməd : - Odunsuz yanan ocaq

YAZARLAR 14:00 / 10.04.2025 Baxış sayı: 1071

 

Ocaq elə yanırdı ki, sanki kimsə dayanmadan onun alovunun üstünə odun atır ya da benzin çiləyirdi. Halbuki burada hər hansı bir yanacaq yox idi.

O, iri yaşla dolu gözlərini ocağa zilləsə də nə yanan odu görür nə də onun istisini hiss edirdi.

Ocağın istisi ətrafa yayılsa da onu isitmirdi. Əksinə, bədəni, get -gedə soyuyur, buza dönürdü.

İtirdiyi doğmaları, vaxtilə ürəyini yandırıb yaxa-yaxa onu tərk edənlər, ondan bu və ya digər səbəbdən ayrılanlar, ürəyini sarsıdan qəfil zənglər, acı xəbərlər, qəlbini paramparça edən hadisələr bir birinin ardınca keçirdi Onun gözləri önündən. Ocaq isə hey yanır, alovlanırdı...

Birdən buza dönmüş bədəni yerə sərildi. O, bircə dəfə dərindən nəfəs alıb gözlərini yumdu...

Bir qədər sonra ocaq közərib tam söndü...

Yerdə qalan külə diqqətlə baxdıqda onun torpağa ürək şəklində töküldüyü aydın görünürdüçünki bayaqdan odunsuz alovlanıb yanan Onun ürəyi idi.

Gözünün önündən keçib gedən xatirələrə, yaxınlara, doğmalara hissə-hissə sərf etdiyi ürəyi...

Bir alov və ürək şəkili ola bilər