Xatirə Fərəcli.- Xatirə

Xatirə
İlğım idi,
ötüb keçdi dalğa-dalğa,
təpə-təpə,
rəngli-rəngli
...Xatirə...
nəğmə idi həzin, kövrək
oxunmadı,
naxış idi bər-bəzəkli
toxunmadı,
göydən gələn arzu idi
çatan olmadı
...Xatirə...
ümid idi
təzə dünya doğuldu,
beşiyində boğuldu,
ağlı başına bəla,
bir az havalı, dəli...
şəkli, izi düşüb qaldı ürəkdə
...Xatirə...
ürək idi döyünmədi,
elə gəldi, elə getdi
bu dünyaya endirmədi, enmədi
...Xatirə...