Əşrəf Veysəlli : - Fırlanır

Ədəbiyyat 12:15 / 10.04.2025 Baxış sayı: 1134

Dənliyində dən tükənib,

Bu daş boşuna fırlanır.

Çağ- çağı baş ağrısıdı,

Ömrün qışına fırlanır.

 

Kimdi burda dən üyüdən,

Nə gələn var,nə də gedən .

Bu daşı kimdi hərlədən,

Ya öz xoşuna fırlanır.

 

Daş da daşa ruzu kimi,

Aşiq olmaz özü kimi,

Bir qurbanlıq quzu kimi,

Dərdin başına fırlanır.