Xatirə Rəhimbəyli : - Bir duam var...qəbul eylə,noolar,

Ədəbiyyat 11:25 / 22.12.2024 Baxış sayı: 253

 

Bir duam var...qəbul eylə,noolar,

Məndən əzəl alma onu, İLAHİ.

Cahıl olub,nə eyləyib eyləyib,

Gözlərimdən salma onu,İLAHİ...

 

O gedəli heç gülmürəm,bilirsən,

Nə ölürəm...nə ölmürəm...bilirsən

SƏN biləni mən bilmirəm, bilirsən,

Nolar,suçlu bilmə onu, İLAHİ.

 

Ürəyimin gizli,saxlı yeridi,

Sevincimin şax-budaqlı yeridi.

Yaddaşımın yaraşıqlı yeridi,

Yaddaşımdan silmə onu , İLAHİ.

 

O taleyi kürsə... ona bağışla,

Pir bilirdim...pirsə, ona bağışla.

Bir savabım varsa,ona bağışla,

Nolar, suçlu bilmə onu,İLAHİ,

Məndən əvvəl alma onu,İLAHİ.