Bəhram Bilaloğlundan ÜÇ ŞEİR
Bəşər tarixinə imzasın atan,
Nurdan işıq saçan,"Nur"a baxıram.
Peyğəmbər etdiyi əmanətinin,
Duyuram ətrini,"Yar"a baxıram.
Məzarı tapılmaz,gəştini etmə.
Bu yolda hikmət var,dərinə getmə.
Əhdinə vəfa qıl,çarəsiz ötmə-
Sayıram sətrini," Yar"a baxıram.
Eşqindən divanə gəzirəm hər an.
Arzumdur qovuşmaq,yetişər "Zaman".
Bir ömür sığındım,etdim hey güman-
Yayıram qətrini "Yar" a baxıram.
***
Həsrət çəkmə,dua elə a qardaş,
Dualardı kamı haqqa ötürən.
Dilindəki sözü qəlbin demirsə,
Ruh min ola,kimdi onu gətirən?!
Fərəc oxu,yetiş arzu istəyə.
Qıl namazı qoşul həmin dəstəyə.
Gecə boyu yazdın ahı bəstəyə-
Ah min ola,qəmdi onu gətirən.
Yorulmadan çəkdik dünya yükünü.
Gəzdik xəyal ilən eşqi,səkini.
Olmadıq həqiqi haqqın sakini-
Gah min ola,gündü onu gətirən.
***
Soruşdum ki,bu qəm nədir,
Hər gecə yas saxlayırsan.
Qara donu qucağlayıb,
De- kim üçün ağlayırsan?!
Vüsalın ayrı bir dadı,
Qovuşmağın da bir sonu.
Hər biri ayrılıq dadır,
Bu da o sonluğun anı.
Ömür saat tanımır ki,
Anladasan olanları.
Gülüş saçan o üzləri,
Yaddaşında qalanları.
Gülüşdü ən gözəl cəza,
Axırında göz yaşarır.
Gözlərində gizli qalan,
Acılarla üz qırışır.