Xatirə  Rəhimbəyli : - BAŞDAN

Ədəbiyyat 10:10 / 17.10.2024 Baxış sayı: 395

Gözüm yaşı gördü elə obaşdan

Bir ömür çıxmadı döyüş-savaşdan.

Bir şey alınmadı bu qaçaqaçdn

Farağat! Olmadı!Gəl bir də, başdan!

 

Hardadı o igid-özündən deyən,

Kimisi baş kəsən,kimi baş əyən...

Çəkib-çevirirəm,olmur mən deyən

Bu həyat...Olmadı!Gəl bir də...başdan...

 

Kimləri devirdim,bax,üsyanımnan,

Amma çıxammadım eşq zindanından.

Qoy qopsun ,adını silsin qanımdan

Qiyamət!Olmadı...Gəl bir də...başdan...