Əlizadə Nuri : - Sevgi dərsi
Sevgi yazdırmasa, qələm də yazmaz,
Nə olsun yazmağa bir az təbim var.
Səni unutmaqçün tək bir səbəb de
Səni sevmək üçün yüz səbəbim var.
Eşq elə yaradı, yeri qalmalı...
Biri sağalanda, biri qalmalı.
Min dəfə ölsən də, diri qalmalı-
Mənim də sevgidə belə dəbim var.
Qoymaram o mizrab hər simə gəlsin,
Kim dedi bu gələn tərsinə gəlsin?
Sevmək istəyənlər dərsimə gəlsin-
Haçandı mənim də bir məktəbim var.