Əbülfət Mədətoğlu : - Ruhumun ağrısı...

Ədəbiyyat 08:12 / 15.10.2024 Baxış sayı: 1009

 

Ruhumda sızıltı var

Duz basılmış sızıltı...

Göz yaşlarım da axdı -

Yanaqlarım cızıldı...

 

Hönkürtüm bulud səsi

Ürəyimi sel basdı...

Sona çatan nəfəsi -

Umuddan bir əl asdı...

 

Daşı düşən divar tək

Gördüm, qopan ağrımı...

Qaytarıb öz yerinə -

Hörsün, tapan ağrımı!..

 

Qüsurlu görünməsin -

İstəmirəm ruhumun...

Ağrımla tamamlanır -

Künc divarı yuxumun!..