Məhərrəm Şəmkirli : -  DEDİKLƏRİM

YAZARLAR 10:47 / 17.10.2024 Baxış sayı: 474

            

Tanrıyla aramızda eləbir incklik,filan olmayıb.Amma bilmirəm,verdiyi dərdin dərmanını niyə vermir?

 

Ağaclar yarpaqlarını tökməklə Tanrıya xidmət edirlər.

 

Arvadın qədirini,dəyərini kişi xəstələndə bilir.

 

Bəzən ölüm yaşamaqdan çətinolur.

 

Rusiya hər zaman hərbi dövlət olub.

 

Tanrıyla aramızda olan sevgiyə görə ömrümü nur içində saxlamaq üçün səni mənə yazdı.

 

Kənddə bulaq başında gəncliyimdə itirdiyim ayaq izlərimi tapdım.

 

Bulaq başında deyilən nəğmə ömrümün bəzəyi oldu.

 

Bəzən var-dövlət adama xobəxlik yox,bədbəxtlik gətirir.

 

Adamın çörək dostu yox,qəlb dostu ola.

 

Bəzən adamın qədd-qaməti qocalıqdan yox,kasıbçılıqdan,yoxsulluqdan əyilir.

 

Tanrı dərd də verib,səbirdə.Səbirlə dərdimi çəkirəm.

 

Qalxasan göyün yeddinci qatına Tanrıyla qonşu olasan.Ordan Tanrının yerinə bəzi adamların başına daş yağdırasan.

 

Bir gün əlimi boşcibimə salıb,bu dünyadan gedəcəm.

 

Gedənlərimiz getdilər,qalanlarımıza həyanolaq.

 

Sənməni gəncliyimdə sevəydinkaş!

 

Bu gün səni gördüm,dünənimi qınayıb,yamanladım.

 

Səninlə qabaq-qabağa gəldik,özümü itirdim.O gündən özümü tapa bilmirəm.

 

Məcnun Leylini güllü-çiçəkli çəməndə xəyal eylər.

 

Həqiqəti,ədaləti görməyib yaşamaq, insani yaşamaq yox,heyvani yaşamaqdır.

 

Mütləqilik inamdan yaranır.İnamın yoxsa,mütləqiyin də yoxdur.Elə mahiyyət burda ortaya çıxır.

 

Zamanın adamı olmaq özündən uzaqlaşmaqdır.Çalışın özünüz olun.

 

Gənclikdə buraxdığın səhvi qocalıda düzəldə bilməzsən.

 

İçkiyəqurşanmışdı,özü də dəlicəsinə.İçəndə deyirdi:-ən işıqlı yol butulkanınbaşından dibinə kimidir.Elə dediyi yolun sonunda öldü.

 

Telefon məişətimizə elə daxil olub ki,ailədə bir-birimizlə telefonla hal-əhval tuturuq.

 

Dünyada hər şeydən yüksəkdə həqiqət durur,Ammadünya kor olub həqiqəti görmür.

 

Hər yerdə özünü görürsənsə,demək həyatda mövcud olan tək sənsən.

 

Dünya bir pəncərədir deyib, ordan baxırıqsa,Belə çıxır ki,biz hamımız seyriçiyik.

 

Bu güninsanları tanımaq olmur,hamsı eyni sifətdədir.

 

Yaddaşım daş olub heç nəyi xatırlamır.Mən yazıq bu yaddaşsızlıqla necə yaşayacam?

 

Onun çörəyi yox,həmi də sözü daşdan çıxır.

 

Bəxt üçün nə əlini açıb dilən,nə də yalvar.Bir şeyi unutma,Tanrı yazdığını heç vaxt pozmur.

 

Ömrümdə kimsəyə yük olmadım,yük daşıyan oldum.

 

Ananın zəhməti övladı şan,şöhrətə çatdırar.

 

Söz yazıqdır,qırma onun qol-qanadını!

 

Bu gün Azərbaycanın əhalisindən çox onun şairi,yazıçısı,mahnı oxuyanı var.

 

Payız gələndə köçüb gedən quşların yuvalarını heç bir quş dağıtmır,küləyin,yağışın altında dağılıb məhv olur.

 

Payızda ağaclar meyvələrini təmənnasız olaraq insanlara verir.

 

Payıq tutqun qaş-qabayla insanlara bədbinlik və inamsızlıq gətirir.

Payız ağaclardan xışıltıyla yerə tökülən qızılı yarpaqlarının səsini özünün əvəz olunmaz əsəri sayır.

 

Ağacların ora-bura tökülmüş saralmış yarpaqlarını payız küləyi bir yerə yığıb yarpaqlar arasında birlik yaradır.