MƏMMƏD MƏRZİLİ AJB-nin üzvü, şair-publisst : - BİZ BİRLİKDƏ GÜCLÜYÜK...

MƏDƏNİYYƏT 14:03 / 16.10.2024 Baxış sayı: 1851

 

 

(AYB-nin Mingəçevir bölməsinin növbəti yaradıcılıq günündən gələn soraq)

Əvvəlcə Mingəçevirdə, sonrasa paytaxt Bakıda özünün 25 illik yubileyini keçirmək istəyiylə hazırlıq işlərini sonuclamaqda olan AYB Mingəçevir bölməsinin bu dəfəki (15.10.2024) yaradıcılıq günü də bir sıra əlamətləriylə hamını məmnun etdi.

Bölmə rəhbəri, şair-publisist İsmayıl İmanzadə qısa zaman ərzində görülməsi nəzərdə tutulan bir sıra vacib işlərdən söz açdı və onun təklifiylə yaradılan yubiley komissiyasında təmsil olunanlara,- bütövlükdə isə ayrı-ayrı yazarlara tapşırıqlar verildi. Bölmə rəhbərinin sözlrindən aydın oldu ki hazırda Bakıdakı nəşriyyatlardan birində “Bənövşə” ədəbi-bədii dərgisinin “25-Cİ ADDIM” adlı xüsusi buraxılışı çap olunan kimi hər iki yubiley tədbiri reallaşacaqdır. Bölmə rəhbəri bu əlamətdar hadsəni mingəçevirli yazarlar üçün həm yubiley sevinci, həm də yaradıcılıq hesabatı kimi dəyərləndirdi və : “Dostlar, unutmayın ki, biz birlikdə güclüyük!”-deyərək həmkarlarına uğurlar arzuladı...

Tədbirin sonrakı məqamlarında Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulov və bölmə rəhbərinin “müşaviri” Rəşid Rəsulov xeyir-dualarıyla söz məclisinə sevinc dolu anlar bəxş etdilər...

“Ahıl və cahıl” şair dostumuz Ağabala Salahlının məhəbbət mövzusunda oxuduğu şeir də diqqətdən kənarda qalmadı. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Elçin Məhərrəm, Nicat Hunalp, Eldəniz Cəfəroğlu, Mahir Musanın müxtəlif mövzularda qələmə aldıqları şeirləriylə, gənc yazıçı-dramaturq Şamil Həsənsə təzəcə yazdığı pyesindən bir parça oxumaqla könül xoşluğuyla keçən anların yaddaşında iz saldılar. Elvin Rəfaeloğlunun bu il aprel ayında dünyasını dəyişən atası, AYB-nin üzvü Rəfael Dəmiroğlunun bir neçə şeirini söyləməklə yadda qaldı...

Bölmə rəhbəri İsmayıl İmanzadə də sonda iki şeirini oxudu və: “İnşallah, oktyabrın 27-də, saat 11-də “Palitra” Ədəbi Klubunda yenidən birlikdə olacağıq!”-deyərək, yazarlara uğurlar dilədi...

 

+11

Bütün reaksiyalar:

44