Xatirə Fərəcli : - GƏLDİN

Bayquş yurdu idi içim,
Sökülürdüm için-için,
Dərd idim dindirən üçün,
gəldin.
Gözləmirdim gəlişini,
Kim bilir könül işini?!
Xəyal kimi, xülya kimi
gəldin.
Yaşanan var, gəlməz dilə,
Çəkdiyini verib yelə,
Yollaşıb ürəyin ilə
gəldin,
gəldin...