Ağaevli Əli Hacı: - Bu səhər

Ədəbiyyat 09:33 / 09.05.2025 Baxış sayı: 1244

Bu səhər,

Küsmüşəm günün doğmağından,

Yenə küçələri kasıblar,

Kürsüləri yaltaqlar süpürürdü !

Küsmüşdüm Allahın doğmalığından,

Yaş kişilərin yanağlarından,

Vaxt hakimin əllərindən öpürdü !

 

Tutuquşuların olmadığı bir məmləkət,

Doludu adam-adam !

Mən də,bir tikə çörək üçün

olmağımı aldadıram !

 

Bilmirəm ,

bizə sabahlar açılacaq …

Axşamların xeyir Qağa !

İçində bir dua et,

Sabahlara ayılmağa !