Saqif Qaratorpaq : - Sən Tanrı payısan

Ədəbiyyat 10:19 / 09.05.2025 Baxış sayı: 1300

Sən Tanrı payısan

ömrün qürubunda,

payızda açılan bahar çiçəyim.

Ətrini küləklər gətirdi nənə,

Səni mələklər gətirdi mənə.

Səni gözləməkdi işim,həyatım...

Səni görmək üçün belə çox yaşadım...

Ürəyim gəlişinə müntəzir...

Xoş gəldin,əzizim,xoş gəldin!

Nəfəsinlə ərit saçımdakı qarı,

Donmuş vurmuş arzıları

təzələ.

Əllərin ovcumda çiçəkləsin...

Darıxanda gözlərimdə gecələ...

Damla-damla ruhuma hop,

gilə-gilə,

ürəyimə ax hər gecə.