Kəramət : - "Kitab dövrü bitdi"...YAZMAQ İSTƏYİRDİM

YAZARLAR 09:05 / 21.10.2024 Baxış sayı: 453

"kitab dövrü bitdi"...YAZMAQ İSTƏYİRDİM

....beş il öncə , amma nə əlim gəldi, nə də qəbullənə bildim. Ən əziz adamın itgisini qəbul etməkdən daha betərdi.

Məsələ təkcə ondan ibarət deyil ki, biz "KİTAB UŞAQLARIYDIQ" və bu nostalji uzun illəri zamanla sızladacaq və istənilən kitabı internet vasitəsilə tapa bilərsən, şübhəsiz internet qatarının yaddaşından düşən-çıxan "sərnişinlər" də olacaq, özü də ən qiymətliləri də ola bilər.

Bu gerçəkliyi görmək lazım ki, fiziksəl şəkildə kitabı ələ almaq yerinə hamı internet "oxucusu" olmağı seçir., etiraz olunası bir şey yox.

Çap makinası icad olunana qədər də eyni məsələylə üz-üzə qalınmışdı, şübhəsiz.

"ƏLYAZMALAR ÖLMÜR, YANMIR" nidalı təsbiti də o zamanın möhtəşəm yekunuydu, məhz yekunu.

Düşünürəm ki, bir müddət kitab öz varlığını sürdürmə çabası içində olacaq: Müxtəlif ölkələrdə müxtəlif şəkildə.

7-8 il qabaq zibilqabının yanına qoyulan (içinə atmamışdılar, kimsə kitaba hörməti olandı) kitabları görəndə keçirdiyim sarsıntını indi də yaşayıram. Jurnal-qəzetlər də vardı: "Azərbaycan" jurnalını ehmalca ələ aldım, burda mənim şeirlərim də ola bilər...hissim məni yanıltmamışdı...İntiqam Qasımzadə məsul kstib, İsa ismayılzadə Baş redaktor müavini, Yusif Səmədoğlu Baş redaktor...Qucaq dolusu kitab-jurnal götürdüm...

Vaxtdan heç nəyi qorumaq olmur...şübhəsiz kitab mağazaları, kitabxanalar muzeyə, muzeylər də muzeyə çevriləcək., kitab İmza günləri, tribunalar-çıxışlar-alqışlar...

...sonra SÜPÜRGƏÇİ Zəmanə gəlib yerə tökülən alqışları süpürəcək əvvəlcə...

..sonralar bütün bunlar haqqında çox soyuqqalılıqla danışılacaq-yazılacaq...indi isə mən sadəcə davam edə bilmirəm.

Возможно, это изображение текст