Ələsgər ƏLİOĞLU : - SİZ AY QUŞLAR...

Ədəbiyyat 09:25 / 21.10.2024 Baxış sayı: 650

 

Birinci Qarabağ müharibəsi illərindən birində

yaz gəlsə də bağ-bağçalardan cır bülbüllərin,

qaranquşların,torağayların səsi eşidilmirdi..

Siz ay quşlar,

Siz ay quşlar,

Ay yuvası tikilmişlər, harda qalmısız!?

Yolunuzu yoxsa sar kəsib,sar tutub,

Darda qalmısız?!

Yaz gəlib bağçaya, yaz gəlib bağa,

Amma ki, həsrətdir şirin nəğməyə...

Harda ləngimisiz?..

Gəlmirsiz niyə?..

Gəlin, gəlin, gəlin,

Top-tüfəng səsindən bir avazıyaq,

Gəlin,gəlin, gəlin siz dəstə-dəstə,

Həğmələriniz

Bəlkə də ən böyük xeyir-duadır

Döyüşən əsgərlərin başı üstə...

Necə yola vermək olar

Yazı sizsiz!?

Bağ-bağçalar qalarmı heç razı, sizsiz!?

Verin qanad-qanada,

Sizi bir doyunca dinləyək,əzizləyək...

Yurdumuzu

Yağılardan təmizləyək!..

Səngərdə yaralanmış əsgərə də,

Sizin "cik-cik"iniz məlhəmdir bəlkə...

Yuvası tikilmişlər, harda qalmısız?..

Gözlərimiz qalıb yol çəkə-çəkə...

Qorxmayın,

Yuvanız uçub dağılsa da

Güllədən, mərmidən,

Ən təhlikəsiz yerə yığışarsız.

Qələbə gününəcən

Bir əsgər səngərinə,

Yüzünüz sığışarsız...

Gəlin, gəlin , gəlin,

Gəlin oxuyun bu yurdun yaz himnini.

Çəlin, gəlin, gəlin,

Gəlin bu yurdda

Qoyun qələbənin himini!..