Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu - VİDEO

SİYASƏT 20:00 / 16.03.2025 Baxış sayı: 265

Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana gəlib.

Yenises.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Matviyenko ilə görüşüb. 

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı, xüsusilə də mədəni-humanitar əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Moskvada ümummilli lider Heydər Əliyevin abidəsinin təməl daşının qoyulmasını yüksək qiymətləndirərək, bu addımın Azərbaycan-Rusiya dostluğunun daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Görüş zamanı həmçinin humanitar layihələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.