Arzu Əsəd : - məbədlər kimidir kasıb insanlar

məbədlər kimidir kasıb insanlar
uçulmuş, sökülmüş görkəmləriylə,
qırılmış, tükənmiş arzularıyla...
varlıqlarındakı yoxluqlarıyla,
boşluqları saran ümidləriylə,
heçliklərə varan sevdalarıyla,
gurlayan, parlayan insanların yanında
susqunluqlarıyla, solğunluqlarıyla,
köpürən, daşıran zamana baxıb
şaşqınlıqlarıyla, durğunluqlarıyla
məbədlər kimidir kasıb insanla