Ulker Nicatlı : -Gözlərim səni axtarır

Gözlərim səni axtarır
Səni necə sevdiyimi
deyə bilmirəm,
bu amansız qadın qüruru
paslı qıfıl kimi
asılıb dadaqlarımdan.
İçimdə ağlayan
Duyğularımın göz yaşını
musra-misra silirəm,
Sonra yalandan
güzgüdə özümə baxıb
gülürəm.
Ah, bir bilsəydin
necə üşüyür
üzümdəki təbəssüm,
necə üşüyür
əllərini vüsalına uzatmış
ümidim…
Gözlərim səni axtarır…