Elnur Uğur Abdiyev: - Həyat dərd verməklə sınayır məni,

Ədəbiyyat 12:05 / 04.05.2025 Baxış sayı: 1197

Həyat dərd verməklə sınayır məni,

Nolsun sevincimin boyu bəstədi.

Eşqim göz oxşayan yaşıl səməni,

Ümidim atılır tonqal üstədi.

 

Boy verir arzumun tumurcuqları,

Hər gün eşq rəngində min çiçək açır.

Tək quru nəfəsim tükənməz varım,

Şükür, gedib- gəlir həyat rəng alır.

 

Hər gün sevə- sevə sabahı açmaq,

Ən böyük xoşbəxtlik budur, tək budur.

Bu həyat dediyin mübarizəni,

Həyat sevdasına tutunan udur.