Əlizadə Nuiri : - Sevinc axşam gələcəkdi...

Çıraq oldum, işığımı
Salmağa bir dam olmadı.
Çoxu mənə " oğul" dedi
Heç biri anam olmadı.
Düz adamçün dağ çıxardım,
Dağı lap axsaq çıxardım.
Bu gecədən sağ çıxardım-
Yanımda bir şam olmadı.
Bu əldi, ya boş əlcəkdi?
Nə çəkdisə, boş əl çəkdi...
Sevinc axşam gələcəkdi-
Gözlədim, axşam olmadı...