QURBAN ƏHMƏD : - MƏZUNUN ÇIXIŞI...

(hekayə)
Zal dopdolu idi. Hətta yer olmadığından zalın divarlarının dibi ilə şagirdlər iki cərgə ayaq üstə dayanmışdılar.
Rayon təhsil şöbəsinin rəhbəri çıxış edərək rayonun bütün məktəblərinin uğurlarından ağız dolusu danışdı. Uçuq yararsız məktəblərin gələcəkdə sökülərək yeni məktəblərin tikilib əvəzlənəcəyinidə deyib, sözü əməkdar müəllim Qəhrəman Əhlimanlıya verdi:
Əməkdar müəllim Qəhrəman müəllim şagirdlərin dərs vəsaitlərinin və kitablarının qəlizləşdirilərək tez-tez dəyişdirilməsinin pedaqoqlara və şagirdlərə çətinliklər yaratmasından, müəllimlər arasında dərs saatlarının düzgün bölünməməsindən, gənc müəllimlərin təminatlarının daha da yaxşılaşdırılması tələbi ilə danışdıqca, təhsil nazirliyinin məsul işçiləri, regionun sektor müdiri və təhsil ekspertləri qaşqabaqlarını tökürdülər.
Hər çıxışçıdan sonra şagirdlər şeirlər səsləndirir, mahnılar oxuyur, bəzən də məzəli səhnəciklərlə zaldakıların ovqatını xoş edib əyləndirirdilər.
Rayon təhsil idarəsi rəhbəri çıxış üçün sözü, məktəblərarası bilik yarışmasının 1-ci yer qalibi və buraxılış məzunu olan şagird Qədir Əlizadəyə verdi:
Qədir səhnənin mərkəzində quraşdırılan tribunaya yaxınlaşanda sinif yoldaşları möhkəm alqışladılar. Sinif yoldaşlarının alqışlarına bütün zaldakılar qoşulub gurultulu alqışla, alqışladılar. Qədir çıxışına orada olanları salamlamaqla başladı:
- Hər birinizi salamlayıram: - Kameraman Qədirin gülümsər və xoş çöhrəsini daha da yaxşı çəkmək üçün ona yaxın məsafəyə gəldi. Qədir kameraya baxa-baxa çıxışına davam etdi: - Vətənim Azərbaycanın özüm daxil olmaqla hər bir məzun olan şagirdinə zirvəli uğurlar arzulayıram. Hər bir məzun vətənimizə, dövlətimizə ən əsası da xalqımıza, el-oba camaatımıza yararlı və xeyirli vətəndaş olsunlar. Əlbəttə hər bir uğurlu şagirdin yetişməsində müstəsna rolu olan müəllimlərə məzun həmkarlarım adından minnətdarlığımızı bildirirəm və əllərindən öpürəm. Mütləq şəkildə müəllimlərimizlə yanaşı, valideyinlərimizin də... : - Qədirin səsi titrədi. Qəhərləndi. Tribunanın künc hissəsinə su bardağına süzülüb qoyulmuş "İsti su" qazlı suyundan bir-iki qurtum içərək özünü toparlayıb çıxışına davam etdi: - Bağışlayın məni dəyərlilərim. Mən hələ 4 yaşında olarkən hər iki valideyinim atam və anam avtomobil qəzasına düşərək dünyalarını dəyişiblər. Mən babamın və nənəmin, əmimin və bibimin qayğılı himayəsində böyümüşəm. Doğmalarımın hər birinin əllərindən öpürəm. Uşağın valideyinsiz olmağının nə demək olduğunu mən çox yaxşı anlayıram və bilirəm. Son bir neçə ildir ki, məktəblərdə aşağı sinif müəllimləri valideyinlərlə birgə voççap qurupları yaradıblar. Yaradılan həmən o vaççap qurupların biri də mənim oxuduğum kənd məktəbindədir. Voççap qurupda mən də varam. Adını qoyublar ev tapşırıqlarını və dərs öyrənmək üçün yaradılıb. Ancaq inandırım sizi o voççap quruplarında uşaqların valideyinləri anaları yemək bişirmədən tutmuş, şoraba qoymaya qədər, hansı paltarlarını neçəyə aldıqlarına qədər, toylarda kim, kimə necə baxdı, yaslarda kim necə ağladı, kim necə güldü və sair hər bir işlərini, dedi-qodularını o, qurupda məzə ilə söhbətləşib həll edirlər. Hətta, hazırlıq, 1-ci və 2-ci sinifdə oxuyan bəzi şagirdlərin varlı-karlı valideyinləri müəllimi məcbur edirlər ki, 50 və ya 100 manatdan pul yığsın venetka hazırlatdırsın. Həmən varlı uşaqların anaları bayramlarda sanki, biri-birinin bəhsinə daha qiymətli əşyalar alaraq müəllimlərə hədiyyə edirlər. Uzun illər öncə kollec qurtaran bəzi müəllimələr də fürsəti fotə verməyib bahalı hədiyyələr gətirən uşaqların adlarını voççap qurupunda çəkərək təşəkkür edir. Bu kimi hallar imkanı olmayan valideyinlərdə və uşaqlarında qıcıq yaradır. Çox vaxtlar şagirdlər özləri belə hallar olanda ruhdan düşürlər, küskünləşirlər. Bu kimi halı şəxsən özüm yaşamışam. Mən 3-cü sinifdə oxuyanda sinif yoldaşlarımın bir neçəsinin valideyinləri sinif rəhbərimizə demişdilər ki, müəllim uşaqlarımıza pul verək onları ekskursiyaya apar gəzib dolaşsınlar. Müəllim də sinifdə bütün şagirdlərdən soruşdu. Uşaqlar ekuskursiyaya, yəni təbiətin gəzməli-görməli yerlərinə getmək istəyirsinizmi? Hamımız bir ağızdan dedik: - Bəli müəllim, bəli müəllim. Müəllim də hesalayıb hər bir uşağın payına 20 manat düşəcəyini dedi. Mən də gəldim evə nənəmə vəziyyəti dedim. Təəbii ki, o vaxt nənəm 51 yaşlı evdar qadın, babam da ki, 55 yaşında heç bir yerdə işləmir. Kənd yeri, 1 hektar paybəlli torpağımıza buğda əkilib. May ayı taxıl zəmiləri hələ gömgöydür. Babam iki baş inəyi otarıb becərərdi. Birdə inəyin birinin 6 aylıq buzovu vardı. Əmim də ki, günəmuzdlu fəhlə işləyirdi. Kimin işi olsaydı günü 10 manata işləyərdi. Ailəlikcə birtəhər dolanardıq. Elə günlər olurdu ki, həftə ilə iş olmurdu. Dükanlardan nisiyə lazım olan yeyəcəklər alardı. Əmim evə gələndə nənəm əmimə dedi: - Əfi Qədirimə 20 manat pul ver sabah məktəbə aparsın. Əmim bir anlıq tutuldu, qaralıb qaldı. Sanki nəfəsi daralırdı, ulqumu aşağı-yuxarı qalxıb endi, gözləri doldu. Başını yana çevirdi ki, nənəm və mən onun göz yaşlarını görməyək. Nəhayyət əmim özünü toparlayıb nənəmə dedi: - Ana sənə qurban mən iki həftəyə yaxındır işləmirəm. İşi olan yoxdur. Aldığım ayın-oyunu da dükandan nisiyə götürürəm. Əmim üzünü mənə çevirib dedi: - Qədir əmi qurban 20 manatı nə üçün məktəbə aparırsan?
Dedim: - Sinif yoldaşlarımla gəzintiyə gedəcəyik.
Əmim tez həyətdən çıxdı. Bir saat sonra geri qayıdıb, 4 ədəd 5 manatlıqla gülə-gülə mənim üzümdən öpə-öpə dedi: - Nənəsi heç Qədirimi sinif yoldaşlarından qoyaram ayrı qalsın.
Nə isə o, gəzintiyə getdim, əyləndim, dedim-güldüm, oynadım.
Ancaq bir müddət sonra təsadüf nəticəsində öyrəndim ki, 4 nəfərin biçənək sahəsini dəryazla dəyərindən çox-çox aşağı biçəcəyi müqabilində hər birisindən 5 manat beh alıb ki, 20 manat düzəlsin, mən sinif yoldaşlarımın içində pərt olmayım. Əlbəttə ki, bu günkü uğurumun 70 faizi özəl tədris mərkəzlərində və repititir yanına getməyimdədi. Məktəb isə məni uğurlu şagirdi olaraq təqdim edir. Olsun. Məndən inciməyin mən yalan-palan danışmamışam və danışmağı da sevmirəm. Mən hər iki valideyinini itirmiş bir şagird kimi, təhsil nazirliyindən, müəllimlərdən və valideyinlərdən xahiş edirəm o voççap quruplarını yaratmasınlar. Sözdə deyirlər ki, məktəbə müdaxilə ola bilməz, qapalıdır. Başa düşülsün ki, o, siniflərdə Şəhidlərin balaları, ağrılı-acılı yaralı Qazilərin balaları. Müəyyən səbəblərdən valideyinlərini itirmiş balalar və müxtəlif səbəblərdən boşanaraq ayrılmış valideyinlərin balaları. Hər gün evinə min-bir əziyyətlər çəkərək güclə yavan çörək pulu qazanmağa çalışan valideyinlərin balaları oxuyub təhsil alır. Hər bir kəs sadalananları bir az vijdanla fikirləşərsə...
Zalda hər bir kəs kədər içində məzun Qədri alqışladı.
08:06:2025.