Kəmaləddin Qədim : - HA YU BU QARA BƏXTİ...

Ədəbiyyat 08:30 / 19.06.2025 Baxış sayı: 2175

 

Nə arannan dağ çıxar,

Nə də dağ aran deyil.

Arandakı yaralar

dağda sağalan deyil.

 

Sev, sevələ, öy sözün

bəyliyini bəy sözün.

Az başına döy sözün,

dəfin, nağaran deyil.

 

Dərdin-qəmin yaşıdın,

Bu vaxtacan daşıdın.

Nə sinən dağ başıdı,

nə qəlb mağaran deyil.

 

Gətirdin hara bəxti,

Bu yarım, para bəxti.

Ha yu bu qara bəxti,

ha yu, ağaran deyil...