Xəyalə Sevil : - Öyrəndim ki, nə ilk, nə son kəs deyil

Öyrəndim ki, nə ilk, nə son kəs deyil,
Bu dünyada heç nə dözülməz deyil.
Ürəyimi sındırmağın bəs deyil?
Olan, qalan inamın da qaçdısa?..
Mən də səni dağ bilmişdim, eh, çətin,
İlk fürsətdə tükəndi cəsarətin.
Bu bədəni, boy-buxunu nə edim?
Əgər için cılızdısa, boşdusa.
Yarı yolda qırıldı ki ruh bağı,
Uzaq dayan, görünmə heç, ha baxım.
Əl altında saxladım ayrılığı,
Ayrılaq də, sənə necə xoşdusa.