Elşən Ə/zim : - Adəmdən Allaha üzrxahlıq

Cavan drammaturq dostum Elçin Məhərrəm in təklifi ilə...
İlahi, borcum var əzəldən sənə,
Məni nəzərindən salma, qaytarım.
O Adəm deyiləm Həvvayə uyam,
Bir daha bədgüman olma, qaytarım.
Bir daha dəyməsin göz cənnətimə.
Böyüksən, suçundan keç bu suçlunun,
Kərimsən, tacını ver bu taclının.
İstər sağlığını borclu borclunun,
Gəl burda canımı alma, qaytarım.
Gəlməsin tənəli söz cənnətimə.
Gözəllər uyubdur zinətə, zərə,
Burda nəfsə uyan Həvvadır hərə.
Qovdun məni bircə almaya görə,
Gəl sənə bir çuval alma qaytarım.
Sən də məni qaytar öz cənnətinə...
18. 06. 25