Fərhad Tapdıqoğlu : - Əyirdi.

YAZARLAR 09:36 / 14.03.2025 Baxış sayı: 443

 

( kiçik hekayə)

Cavad kişi qoyunları qırxıb,yunlarını iri çuvallara yığdı və ata yükləyib ,evə yola düşdü.Evlərinin yolağasında dəcəl nəvəsi Fərid həmişə çuvallardan sallaşıb, atın yükünü əyirdi. ..

....Cavad kişinin qarısı Məleykə nənə artıq yaşa dolmuşdu.Yeriyəndə yanını əyirdi...Amma ev işlərinin öhdəsindən gəlirdi...Qocasının gətirdiyi yunu daraqdan keçirib,cəhrədə əyirdi...O əyirdiyi iplərdən əsasən yun corablar toxuyurdu...Məleykə nənə dəcəl nəvəsi ilə də gözəl vaxt keçirirdi..Nəvəsi Fəridin şirin danışıqlarına qulaq asır,hərdən onu yamsılayıb, ağzını əyirdi... Fərid hərdən " bilmirəm" demək istədikdə ,çiyinlərini çəkib ,boynunu əyirdi.. bu da babaya,nənəyə ləzzət eləyirdi...

Cavad baba nəvəsi Fəridi özü ilə bağa aparırdı həmişə...Baba Fərid tut,meyvə dərib yesin deyə ağacların budaqlarını əyirdi...nəvə isə şirin meyvələrdən şirin - şirin yeyirdi...

....Cavad baba da,Məleykə nənə də torpaqlarımızın işğaldan azad edilməsində

şəhid olanların ruhları qarşısında baş əyirdi...

....Beləcə baba da,nənə də ,nəvə də Yaradanın verdiyi ruzuya şükr edib, gözəl günlər yaşayirdılar...

Allah bu ailədən heç vaxt əyməsin...