Kəramət : - HEKAYƏSİ OLMAYAN  ROMAN YAZA BİLMƏZ

YAZARLAR 08:54 / 17.06.2025 Baxış sayı: 1962

 

(Vidadi Məmmədovun ruhuna..yadımda ki, 1992-ci ildə vəfat etdi)

..janrlar, şəkillər, formalar, ritmlər, ...izmlər zamanın dalğasında daxil olur ədəbi sferaya, həyata və rezonansın -titrəyişin yaranmasıyla dalğavari yayılır.

Getməkçin qaldığın yer olmalı, qayıtmağın da əvvəlki var olduğun halın deyil, qazanılmış yeniliklərlə, dəyişimlə izah olunur, yoxsa..nə fərq edər ki...bu yerdə rəhmətlik Vidadi Məmmədovun rəhmətlik Mövlud Süleymanlı haqqında yarızarafat dediyini xatırlayıram...

dedilər ki, Mövlud Süleymanlı folklora qayıdıb.

Vidadi də qayıtdı ki, Mövlud folklordan çıxmadı ki folklora qayıda...

Yaşamadığı həyatdan roman yazır kişinin oğlu-qızı..görmədin, yaşamadın, öyrənmədin...inşa yaza bilməyənin məqalə, məqalə yaza bilməyənin hekayə, povest yazması kimi...

Deyə bilərəm ki, son illərdə ROMAN adıyla ədəbi dövriyyəyə buraxılanların , az qala, hamısı janrın sanbalı arxasında özünü bazarlamağa, ağırlığıyla məşhurlaşmağa hesablanıb...

Filankəs roman yazıb.., yağışdan sonrakı göbələk, ya da Koroğludan sonra Korun oğulları misalı....yaxşı bir miniatür, qısa bir hekayə daha əhəmiyyətli, dəyərlidir. Janrın dəbinə aldanma və aldatma.

"Dəvəcə böyümüsən, köşəkcə ağlın yox" (Kitabi-Dədəd-Qorqud)...

həcm, boyu uzunluq ucalıq, məna-məzmun ifadı etmir..çox danışana da "heyvərə" deyilir.

Açıq-aydın ƏSƏRləri stola yatızdırıb əməliyyat aparır, skelrtini bəzəyib, redaktə edib qoyurlar ortaya ..imza dəyişir..baxınca oğurluğu, ya da əməliyyatın "bədi nəticəsi"ni görürsən, əlbəttə , azdan-çoxdan ədəbiyyatı bilsən, bələd olsan dünya ədəbiyyatına, amma bura bazardı-ədəbiyyat bazarı -hər cür saxta malı da sata bilərsən, hamı sərraf ola bilməz.

80-ci illərdə bir istedadlı dostumuz "Çöl" şeiri yazmışdı..yaxşı şeirdi, amma bu çöl çox böyükdü, elə Azərbaycan boyda. Bizim şairin ÇÖL qavramı , ruhu deyildi , alınmaydı, ən yaxşı halda təsir altında yazılmışdı..mən də o vaxtdan pis adamam ..yazdım fikrimi, özünə də dedim ki, bu ÇÖL rus, ABŞ çölünə oxşayır, uzun müddət küsülü qaldı...sonra gördüm ki, N. Rubtçovdan tərcümələr edir, doğrudan doğruya insan-şair kimi də çox istəyirəm.

Deyə bilərəm ki, ÇOL-YOL-SƏS motivli yazılarda, əsasən, Rus və ABŞ filmlərinin , romanlarının ruhu da, fiziki tutumu da açıq-aydın görünür...5-10 roman oxumaqla olmur bu işlər, JANRIN TEXNİKİ TƏLƏBLƏRİNİ HƏRFİYYƏN YERİNƏ YETİRMƏK DƏ YARADICILIQ DEYİL, yəni təkcə OXUMAQ kifayət deyil yaradıcılıq üçün, gərək "HƏYAT CAHİLİ"də (A. Kamyu) olmyasan....və ya... nə yatdın ki, nə yuxu görəsən.

Bir 1 nəfər şəkili ola bilər