Ağaevli Əli Hacı : - Sağlığımda gəlmədin...

Ədəbiyyat 18:15 / 23.06.2025 Baxış sayı: 2442

Sağlığımda gəlmədin,

Olumla danışasan !

Ölsəm,başın sağ olsun,

Ölümlə danışarsan !

 

Söyüd ağacına bax,

Arxamca dua kimi !

 

Keçmişi gözünə tax,

Gündəlik sual kimi !

Əlindən tut evinin,

Həyatının suyun ver !

 

Mən,taledən küsmüşəm

Zər tutan oyundu-yer !

Gözlərində yaş qurut,

Yansın şəklim istidən !

Dilindəki adımın,

Xətt çəkərsən üstündən !

Bahar sənin,qış mənim

İndi payız fəslidir !

Qışa qədər yaşamaq,

Özü bir təsəllidir !

 

Sağlığımda gəlmədin,

Olumla danışasan !

Ölsəm,başın sağ olsun,

Ölümlə danışarsan ...!