Elnur Uğur Abdiyev : - Adamlar

Ədəbiyyat 12:22 / 23.06.2025 Baxış sayı: 1529

Qoymayın dünyanı ta gözdən düşə,

Dünya sizlə gözəl,a mərd adamlar!

İnsanlıq lap çoxdan ölərdi,bəlkə

Əgər olmasaydı comərd adamlar.

 

Elə ki dünyada yer- yurd elədi,

O yurda hər yeri ta dərd elədi.

Mərdi qova- qova namərd elədi,

Bu namərd adamlar,namərd adamlar.

 

Bilirəm sayınız azdı, çox azlar,

Çoxlara göstərib necə dayazlar.

Sizin sevginizlə ən sərt ayazlar,

Sınıb isinəcək, a mərd adamlar!