Aləmzər Sadiqqızı : - Hər gecə bağrına basıb ömrünü...

Sanki bu dünyanın son adamıdı..
Hayana baxırsa səssiz- səmirsiz.
Bu gün göz yaşında yuyunur dünya,
Görür bir qız qalıb kimsiz-kimsəsiz...
Ağrıyır dunyanın bu gün hər yeri...
Can verir bir qızın qolları üstə.
Kəsibdi hər yerdən uzüb əlini,
Hardasa qan sızır yolları üstə...
Nə umdu dünyadan, nələri buldu,
Könlü dünya kimi böyük qadının...
Hər gecə bağrına basıb ömrünü,
Oxşayıb ağlayır yalan adını...
Özü bir aləmdi, sözü bir aləm,
Dünyası bir aləm, adı bir Aləm.
Yaşadı ömrünü əlində qələm,
Öləndə ağlayar bu cahan, aləm...
22.6.2025.