Kəramət : - GÖYÇÖL -GÖYƏÇÖL

Ədəbiyyat 09:33 / 20.04.2025 Baxış sayı: 920

 

Solub-sovrulubdu o həyət-baca

Qızlar qonçə kimi açılırdılar.

Çəpərdən çəpərə sevgi daşırdı

uşaqlar çərpələng uçururdular

Beləcə böyüdük cənnət bağında

Gəzən qızılgüldü qız uşaqlarI

Ətri xatirəmi bihuş edibdi

Eyvana dırmaşan sarmaşıqların.

Keçmişdim altında Göyqurşağının

yüyürüb uçurdum çöldə-çəməndə

Burulğana düşən kənd uşağını

bir ŞÜA qurtardı çayda çiməndə.

Onda mal-qara da yonca ətirli

Gəlin həyalıydı ağaclar belə

Xınayaxdılarda halay hənirli

Yaddaşım yollanır o GÖYƏÇÖLƏ.