İSMAYIL MƏRCANLI - SALAM ƏLEYKÜİM

Əldən çıxanda qismətim,
Bəndi-bərəni kəsmədim.
Səndən inciyib küsmədim -
Güzarım, Salam əleyküm!
Sevinc də, qüssə də gördüm,
Sözdən əlvan çələng hördüm.
Cismimdə sızlayan dərdim -
Azarım, Salam əleyküm!
Ucuz ad-san zərli palan,
Söz atını çapır yalan.
Kəlməsi urvatsız olan -
“Bazarım”, Salam əleyküm!
“Yuxarı başda” çullanan,
Boyundan iri tullanan.
Umsuq olanda yalmanan -
“Yazarım”, Salam əleyküm!..
Gah addımımı izlədin,
Gah boyumu əzizlədin.
Yolumu çoxmu gözlədin -
Məzarım, Salam əleyküm!
31.07.2019