Əlizadə Nuri : - Bəlkə sən son baharsan?

İndi döyüşmək gərək-
Gəlir bu qəm alayı.
Bir az öz səsiməm mən,
Bir az durna harayı.
Nə zalımmış ayrılıq,
Nə yaman sənsizlədim.
Hara alıb apardın
Bu dünyanı gizlədin?
Deyirdin yaz gələcək,
Bəs haçanmış, haçanmış?
Axşam çıxıb getmisən-
Ömür axşamacanmış...
O yandan sərin gəlir-
Bəlkə sən son baharsan?
Silmişəm gözlərimi-
Gələndə daranarsan...
...İndi döyüşmək gərək-
Gəlir bu qəm alayı.
Bir az öz səsiməm mən,
Bir az durna harayı...