Ələsgər ƏLİOĞLU : - GÖYƏRÇİNLƏR

Ədəbiyyat 10:09 / 21.04.2025 Baxış sayı: 1016

 

 

Havaya qalxın, uçun, uçun göyərçinlər,

Qanadlarınızı geniş açın göyərçinlər.

Alnınıza SÜLH yazılıb,

Bilir bunu bütün bəşər;

Gəlib qarşı-qarşıya dayanıb

Bu gün Xeyirlə Şər...

Uçun!.. Uçun!..

Bir dəstəniz qonsun

Kremlin divarlarına,

Bir dəstəniz də

Ağ evin dəmir barmaqlqlarına...

Qanadlarınızı yelləyə-yelləyə

Elçi düşün sülhdən ötrü.

(Bir az da qanadlı olun,-

Ləngiməyin vaxt ötürüb!..)

Hardan alım indi axı Pikassonu,

Əlində fırça

Meydana atıla.

Bu dünyamızda

Sizin sayınlzı bir az da artra!..

Havaya qalxın, uçun, uçun göyərçinlər,

Qanadlarınızı geniş açın göyərçinlər!..

15.10.2024