Bəhram Bilaloğlundan  ÜÇ ŞEİR

 

Ədəbiyyat 17:30 / 20.04.2025 Baxış sayı: 2544

v

Gəldi qəlbimə qonaq,

Ayrılıq kəffarəsi.

Sədəqə vermək oldu,

Ruhumun səma səsi.

 

Açıldı əllər göyə,

Ələndi pak dualar.

Arzulara yol aldı,

Yetişdi iddialar.

 

Hökmü verən Allahın,

Toxumları yayıldı.

Səmadan pay düşəndə,

Yatanlar da ayıldı.

 

Məhəbbətdən axırdı,

Suya qarışan toxum.

Cəm etdi adamları,

Olmadı acı, toxu.

 

***

Mən heç kəsin haqqına,

Toxunmadım,ilahi.

Girdilər söz haqqıma,

Yaşatdılar bu ahı.

Çəkdiyim əzablara,

Baxmadı naqis adam.

Elə bildi yalanla,

Olacaq xalis adam.

Zaman tanıtdı, fail,

Dəyişmə gəl min kərə.

Yalandan verdiyin vəd,

Gözümdən vurdu yerə.

Oyanmaq nəsib olmaz,

Şirin yatan hər kəsə.

Qocaldır vədin məni,

Gətirmir heç həvəsə.

Sadiq sandığın mənəm,

Harda qaldı etimad?!

Verdiyin o vədlərin,

Unutdurdu, etdi yad.

Bəla gələrsə başa,

Qınadığın özün ol.

Bəslədiyin əməlin,

Tanıdığın özün ol.

***

Təsvir elə ey şah,

Ac qalmış uşaqlar.

Göndər gözə gəlsin,

Say versin qoçaqlar.

 

Gözlər qəmə düşsə,

Ahlar bəmə düşsə,

İzlər çənə düşsə,

Hay versin,o dağlar.

 

Sellər ötəcəksə,

Güllər bitəcəksə,

İllər yetəcəksə,

Pay versin o bağlar.

 

İmdad dilə ey dil,

İrşad dilə ey dil,

Fəryad elə ey dil,

Hay  versin o çağlar.