Ağaevli Əli Hacı : - Mənim də bir günahım var...

Mənim də bir günahım var
min günahdan biri olan .
Bəlkə elə bircə mənəm
min günahdan diri olan...
Sən-üzükdən qaş apardım,
ev tikməyə daş qopardım !
Quru yerə yaş apardım
yurdu yalan,yeri yalan...!
Ocağın oddan savayı
nəyi var ki,de havayı ?!
Özündən çoxdu olayı
özü gedib piri qalan !
Qala-qala dərinləşmiş
sözdən keçdi hər işimiz !
Doğma imiş, ögey imiş
ölüm olub sirri qalan !
Sən də yalan,mən də yalan
suyum quruyubdu sonam !
Gəl, baş daşımı yonuram
şəkil ver,daşa yonulan !