Adilə Səfərova,Teatrşünas , əməkdar mədəniyyət işçisi : - Naxçıvan teatrında 'Zəfər günü "nə "Xeyir xəbər"

MƏDƏNİYYƏT 10:11 / 18.10.2024 Baxış sayı: 201

 

Maraqlı və rəngarəng repertuarı ilə tamaşaçı qəlbinə yol tapan Cəlil Məmmədqulizadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı daha bir pyesə səhnə həyatı verib. Bu, əməkdar incəsənət xadimi , yazıci- dramaturq Əli Əmirlinin qələmə aldığı" Xeyir xəbər" adlı dram əsəridir. Mövzu aktualliğı, ictimai təsir gücü, maraqlı süjet xətti ilə diqqətəlayiq dram əsəri teatrın direktor əvəzi, baş rejissoru Mir Qabil Əkbərovun quruluşunda ərsəyə gələcək. Sanlı tariximizə qızıl hərflərlə yazılan 44 gunlük Vətən müharibəsindən ,qəhrəman igidlərimizin şücaətindən bəhs edən tamaşada əsas rolları əməkdar artistlərdən Vidadi Rəcəbov, Nazlı Hüseynquliyeva canlandırır.

Tamaşada peşəkar, istedadlı aktyorların ifasında külminasiya xəttinə doğru cərəyan edən gərgin psixoloji anlar, qanlı- qadalı müharibə dəhşətləri, ən əsası igidlərin qələbəyə inam cəsarəti ilə rəsadətləri, eləcə də zəfər naminə xalqın birliyi bir ailənin timsalında dolğunluğu ilə əksini tapır.

Tamaşanın rejissor assistenti Mehri Nəcəfova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur.. Tamaşada rəssam isi də əsərin ideyasınin tamaşaçiya çatdilinmasina kömək edir.Həmçinin musiqi tərtibatıçsi İbrahim Əliyevin də işi təqdir olunasıdır.

Qeyd edək ki, tamaşa hər il qürur və təntənə ilə kecirdiyimiz qəhrəmanlıq salnaməmizin qızıl hərflərlə yazilı tarixi olan" ZƏFƏR GÜNU " nə həsr olunub.