Xanım İsmayılqızı - DÜNYAYA
Ədəbiyyat
11:00 / 27.07.2026
Baxış sayı: 226
Gün doğulur - an üstə,
Həvəs çökür - can üstə,
Addımlar - vicdan üstə
İtilənir dünyaya.
Hər gələn - daddan keçir,
Möhürlü addan keçir,
Kül olur - oddan keçir,
Ütülənir dünyaya.
Gecə - ömür kimidir,
Tale - dəmir kimidir,
Yazı - əmr kimidir,
İtələnir dünyaya.
Sevinc azdı - çox olmur,
Torpaq acdı - tox olmur,
Yarananlar - yox olmur,
Səpələnir dünyaya.
Şəkil - 1970-ci il.