Şahverən Cavad - Ana ilk vətəndir
Günlərim quş kimi dən daşıyıblar ,
Dən - dən saçlarındı ömür təqvimim .
Könlünü dərdlərə mücrü eylədin ,
Hər gün ümid verdin mənə - pul kimi .
Vaxt ölü doğulan başdaşım olub ,
Qəlbimdə can verən xatirələrdi .
Ana ilk vətəndir - köç edən gündən
Ömür xəritəmin tamlığı itdi .
Sanki yaxasının düyməsi itib -
Divarın suvaqsız sinəsi açıq .
Salxım söyüdlərin tökülüb saçı ,
Elə bil Sibirdən - sürgündən qaçıb .
Saxta pasportdakı şəkil kimidir -
Süni təbəssümlə baxır çiçəklər .
Vəfalı ağaclar dözmürlər daha -
Bu payız baltaya sap verəcəklər .
İşıqtək dünyadan köçür analar ,
Azalır dünyanın hər gün işığı .
Saatım sənsizlik ölçür , nə vaxtdır ,
Yer də əyilibdir başı aşağı .
25 . 07 . 2026