Xəzər sahilində 700-ə yaxın suiti cəsədi tapıldı

Maraqli 19:02 / 03.12.2022 Baxış sayı: 2870

Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın suiti cəsədi tapılıb.

Yenises.az Axar.az -a  istinadla  xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyin Şimali Qafqaz Ərazi Administrasiyası məlumat yayıb.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, bir müddət öncə də Qazaxıstan sahillərində 131 suiti cəsədi tapılıb.