Xəyalə  Sevil - Ürəyindən bərk yapış

09:32 / 20.08.2026 Baxış sayı: 558

Ürəyindən bərk yapış,

Sözünü tut, deyirəm...

Bu nə yükdü gözümdə?

Mən ki bulud deyiləm.

 

İşdi, ayrılıq gəlsə,

Unutmaram- qətidi.

Sevə bilmək insanın

Ən yaxşı cəhətidi.

 

Ürəksizəm- nəyim var,

Səndə qoyub getmişəm.

Gör mən sənə nə gözəl

Sevilmək öyrətmişəm