SÜLEYMAN ABDULLA - ŞƏHİD ATASI
Ədəbiyyat
19:00 / 19.08.2026
Baxış sayı: 1009
Hər kəs
birinə tapşırırdı öz övladını...
Biri dövlət məmuruna,
biri institut müəlliminə,
biri Tanrıya...
Biri kənddən şəhərə gedən
avtobusun sürücüsünə...
Bütün gedişlər qəmli olur,
bütün ayrılıqlar kədərli...
Onunsa
hər yerdən kəsilmişdi ümidi,
Sonuncu güvənc yeri idi torpaq...
2020.