Əlizadə Nuri - Susub- sevgidən danış...

Ədəbiyyat 10:10 / 20.08.2026 Baxış sayı: 480

 

Ürəyim- saplaq kimi...

Üzüb, sevgidən danış.

Göz yaşını sinəmə

Düzüb...sevgidən danış.

 

Danış, qorxma yaşından,

Danışdıqca işılda...

...Üzündəki işıqdan

Süzüb, sevgidən danış.

 

O gül kimin baxtıdır?

Könül- eşq paytaxtıdır.

İndi susmaq vaxtıdır

Susub- sevgidən danış...