Xatirə Rəhimbəyli - Ömrün günəşidir üzünün nuru

Ədəbiyyat 10:21 / 20.11.2026 Baxış sayı: 784

Ömrün günəşidir üzünün nuru,

Şükür, bəxt üzümə gülür,əzizim.

Amma ürəyimdə yasdı,

biri var,

Hər gün ürəyimdə ölür,əzizim.

Çıxmır ki, yadımdan, çıxmır çoxutək,

Ah,cinmi,pərimi?Qara-qorxutək...

Gülmü,çiçəkdimi?

Gozəl qoxutək

Hər anda eynimə gəlir,əzizim...

Ox götür,vur məni bu ürəyimdən,

Hər nə var qanımla yu ürəyimdən.

Sən gözümdən gələn,o, ürəyimdən

Selləri

gizlincə silir,əzizim.

Çıxdığım yolları yox kimi tutub,

Sevginin yolunu ah kimi tutub.

Yoxsa ruha dönüb,ruh kimi tutub

Cismimdə illərdir qalır əzizim...

Nə götürüb gedə,nə qoya billəm,

Nə görməzdən gələ,nə saya billəm.

Onun nəzərində ucayam,

billəm,

Məni öz gözümdən salır əzizim